ÜST arıqlamaq üçün şəkər əvəzedicilərindən imtinanı tövsiyə edib

ÜST arıqlamaq üçün şəkər əvəzedicilərindən imtinanı tövsiyə edib Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arıqlamaq istəyənlərə süni dadlandırıcılardan imtina etməyi tövsiyə edib.
Sağlamlıq
21 May , 2023 04:22
ÜST arıqlamaq üçün şəkər əvəzedicilərindən imtinanı tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arıqlamaq istəyənlərə süni dadlandırıcılardan imtina etməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

Təşkilat şəkər əvəzedicilərinin arıqlamaq üçün təsirsiz olduğu və sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq edib. ÜST-nin yeni təlimatına əsasən, şəkər əvəzedicilərinin uzunmüddətli istifadəsi potensial arzuolunmaz təsirlərə səbəb ola bilər. Bunlara 2-ci tip diabet, ürək-damar xəstəlikləri və ölüm riskinin artması daxildir.

Bununla belə, saxarin və ya sukraloza kimi inqrediyentləri olan qidalar və içkilər yemək və ya yeməklərə əlavə etmək, böyüklərdə və ya uşaqlarda bədən yağının azaldılmasında uzunmüddətli fayda vermir.

Qeyd olunub ki, insanlar şəkərlərin qəbulunu azaltmağın başqa yollarını nəzərdən keçirməlidirlər.

Son xəbərlər

Orphus sistemi