Ürəyin sağlamlığını yoxlamağın ən sadə üsulu  

Ürəyin sağlamlığını yoxlamağın ən sadə üsulu   İspaniyanın La-Korunye şəhərinin Universitet Hospitalının alimləri ürəyin sağlamlığının sərbəst yoxlamasının sadə üsulunu təklif ediblər.
Sağlamlıq
22 Dekabr , 2020 06:57
Ürəyin sağlamlığını yoxlamağın ən sadə üsulu  
0 : 00
0 : 00

İspaniyanın La-Korunye şəhərinin universitet hospitalının alimləri ürəyin sağlamlığının sərbəst yoxlamağın sadə üsulunu təklif ediblər.

Bu barədə “Report” “Healthline”ə istinadən xəbər verir.

Qeyd edilir ki, bu məqsədlə dördüncü mərtəbəyə qalxmaq üçün tələb olunan vaxtı ölçmək lazımdır.

"Əgər bunun üçün sizə bir dəqiqə yarım vaxt lazımdırsa, sağlamlıq səviyyəniz aşağıdır", - həkim Xesus Peteyro qeyd edib.

Mütəxəssislər əmindirlər ki, əgər yuxarı qalxma vaxtı bir dəqiqə ətrafındadırsa, insan bundan sonra naxoşluq və ya güclü təngnəfəslik hiss etmirsə, onda narahatlıq üçün səbəb yoxdur.

Həkimlərin sözlərinə görə, bu metod mütəmadi ixtisaslaşmış müayinələrdən keçmək zəruriliyini istisna etmir, lakin ürək-damar sistemi ilə bağlı problemlər zamanla özünü göstərə bilər.

Son xəbərlər

Orphus sistemi