Bakıda qadın evdə doğuş edib
Sağlamlıq
- 14 oktyabr, 2025
- 11:33
Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım heyəti 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.
Təcili tibbi yardım briqadası ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərdikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə edilib.
Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxşdir.
Son xəbərlər
11:17
Azərbaycanda sabah pensiyalar tam ödəniləcək
İqtisadiyyat11:16
Cüdo məşqçiləri üçün maarifləndirici seminar təşkil olunub
Fərdi11:14
Cənubi Koreyanın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum edilib - YENİLƏNİB
Digər ölkələr11:12
Foto
Bakıda Azərbaycan və Özbəkistanın müttəfiqlik fəaliyyəti müzakirə edilib
Xarici siyasət11:06
Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar
Fərdi11:03
XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
Fərdi10:55
Almaniya Azərbaycandan xam neft alışını azaldıb
Energetika10:53
"Qarabağ"ı Bakıda məğlub edən "Nyukasl" bir sıra rekordlara imza atıb
Futbol10:42