TƏBİB: Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur

Sağlamlıq
  • 12 dekabr, 2024
  • 12:03
TƏBİB: Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur
Vüqar Qurbanov

Epidemioloji vəziyyətlə bağlı təcili tibbi yardıma müraciətlərdə kəskin artış yoxdur.

"Report"un məlumatına görə, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqəli kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.

V.Qurbanov qeyd edib ki, xəstəxanalara insanların müraciət sayı normal səviyyədədir.