TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib “Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”.
Sağlamlıq
11 Mart , 2022 14:42
TƏBİB antibiotiklərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir: “Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni antibiotik həmin bakteriyaları məhv edə bilmir.

Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”.

Son xəbərlər

Orphus sistemi