Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb

Region
  • 15 noyabr, 2026
  • 02:19
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb

Hörmüz boğazının cənubunda iki neft tankeri partlayaraq yanğına məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə (HDQ) istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Naviqasiya və avtomatik identifikasiya sistemlərini söndürən iki tanker icazəsiz marşrutla gizli şəkildə Hörmüz boğazından keçməyə çalışarkən dəniz minalarına düşərək partlayıb və yanmağa başlayıb", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, bundan sonra gizli keçid etməyə çalışan digər iki tanker SEPAH-ın xəbərdarlıqlarına tabe olub və Fars körfəzi istiqamətinə geri qayıdıb.

Xatırladaq ki, oxşar insidentlərdə İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

44 filmi