Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təh
Sağlamlıq
4 Aprel , 2023 17:50
Taxıl dəyirmanları və anbarlarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin fevral və mart aylarında ölkə ərazisində fəaliyyət göstərən dəyirmanlarda və elevatorlu anbarlarda saxlanılan yerli istehsal olan taxıl (buğda) məhsullarının fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən ümumilikdə 31 taxıl nümunəsi götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına müayinələrin aparılması üçün təqdim edilib.

Sevindirici haldır ki, sınaq nəticələrinə əsasən, qida təhlükəsizliyi baxımından nümunələrdə uyğunsuzluq aşkar olunmayıb. Yalnız fitosanitar baxımından 4 nümunədə karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb ki, bunların da taxıl məhsullarının istehlakı ilə bağlı təhlükəsizliyinə mənfi təsiri yoxdur.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, AQTA yerli taxıl istehsalçılarına qida təhlükəsizliyi tələblərinə əməl etdiklərinə görə minnətdarlığını bildirir.

Fitosanitar baxış keçirilən taxıl dəyirmanları və elevatorlu anbarlar barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:

Müəssisənin adı

Fəaliyyət ünvanı

Laborator nəticələr

Karantin tətbiq edilən zərərvericilər

Təhlükəsizlik göstəriciləri

Mikotoksinlər (Aflatoksin, Oxratoksin, Zearalenon)

Ağır metallar (Qurğuşun, Kadmium)

1

"Qarabağ Un" MMC

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 59

aşkarlanmayıb

uyğundur

uyğundur

2

"Taxıl Agro" MMC

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəs., S.Allahverdiyev küçəsi 300

aşkarlanmayıb

uyğundur

uyğundur

3

"AvroMAK" MMC

Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 13

aşkarlanmayıb

uyğundur

uyğundur

4

"MKT İK" MMC

Cəlilabad rayonu, Qarazəncir kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

5

f/ş Səfərov Hüseyn Qürbət oğlu

Cəlilabad rayonu, Gülməmmədli kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

6

"Alılı" Fermer Kəndli Təsərrüfatı

Cəlilabad rayonu,
Babalı kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

7

f/ş Abdullayev Cavid Səhrab oğlu

Kürdəmir rayonu, Qarasaqqal kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

8

"Kraun KO-R" MMC

İmişli rayonu,
Bəhrəmtəpə qəsəbəsi

aşkarlanmayıb

uyğundur

uyğundur

9

"Az Aqro Taxıl" MMC

Ağcabədi rayonu,
Hindarxı qəsəbəsi

Acroption repens(L) DC (Sürünən kəkrə) aşkar edilib

uyğundur

uyğundur

10

"Orxan"
KFT

Ağdam rayonu, "Ergi" yaşayış məntəqəsi

aşkarlanmayıb

uyğundur

uyğundur

11

f/ş Haqverdiyeva Rima

Ağdam rayonu, Rzalar kəndi

Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib

uyğundur

uyğundur

12

f/ş Kazımov Tofiq

Bərdə rayonu, Şirvalı kəndi

Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib

uyğundur

uyğundur

13

f/ş Ziyadov İkram

Bərdə rayonu, Qazaxlar kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

14

Qarabağ Çörək Zavodu

Bərdə rayonu, Bərdə şəhəri

aşkarlanmayıb

uyğundur

uyğundur

15

f/ş İbayev Tahir

Ağdam rayonu, Təzəkənd kəndi

Acroptilon repens (L) DC. (Sürünən kəkrə) aşkar edilib

uyğundur

uyğundur

16

"AGRO Dairy" MMC

Hacıqabul rayonu, Muğan kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

17

f/ş Cəfərov Bəylər

Hacıqabul rayonu,
Talış kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

18

f/ş Əcəmov Etibar

Biləsuvar rayonu, Ağalıkənd kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

19

"Ulu Aqro" MMC

Qax rayonu, Qaxbaş kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

20

f/ş Süleymanov Emin

Şəki şəhəri

aşkarlanmayıb

uyğundur

uyğundur

21

f/ş Ağacanov Ramin

Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 43

aşkarlanmayıb

uyğundur

uyğundur

22

f/ş Həmzəyev Nail

Ağstafa rayonu,
Ş.İ.Xətai kəndi, ev 9

aşkarlanmayıb

uyğundur

uyğundur

23

f/ş Nəsibov Adil

Ağstafa rayonu,
Aşağı Kəsəmən kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

24

"Nural" MMC

Tovuz rayonu, Abulbəyli kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

25

"Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı" MMC

Qazax rayonu, İ.Şixlı kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

26

"Xanlıqlar Group" MMC

Qazax rayonu, Xanlıqlar kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

27

"Ağsu Aqro Park" QSC

Ağsu rayonu, Çiyni kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

28

"GP Stock Feed" MMC

İsmayıllı rayonu, Xəlilli kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

29

"Süsən Aqro" MMC

Ağsu rayonu, Gəgəli kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

30

"Agro Dairy" MMC (Gəncə)

Samux rayonu,
Qırmızı Samux kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

31

"Region Agro" MMC

Goranboy rayonu,
Faxralı kəndi

aşkarlanmayıb

uyğundur

uyğundur

Son xəbərlər

Orphus sistemi