Son beş ayda icbari tibbi sığorta çərçivəsində 56 orqan köçürülməsi əməliyyatı icra olunub

Son beş ayda icbari tibbi sığorta çərçivəsində 56 orqan köçürülməsi əməliyyatı icra olunub Bu ilin avqust ayından bu günədək icbari tibb sığorta çərçivəsində ümumilikdə 56 orqan transplantasiyası əməliyyatı icra olunub.
Sağlamlıq
13 Dekabr , 2023 15:51
Son beş ayda icbari tibbi sığorta çərçivəsində 56 orqan köçürülməsi əməliyyatı icra olunub

Bu ilin avqust ayından bu günədək icbari tibb sığorta çərçivəsində ümumilikdə 56 orqan transplantasiyası əməliyyatı icra olunub.

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin mütəxəssisi Esmira Həsənova deyib.

Onun sözlərinə görə, onlardan 34-ü böyrək, 21-i qaraciyər, 1-i isə sümük iliyi köçürülməsi olub.

Agentlik rəsmisi bildirib ki, Xidmətlər zərfinə əsasən orqan köçürülməsi əməliyyatları limitlidir, gələcəkdə limitin artırılması məsələsinə baxılacaq.

Qeyd edək ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.

Son xəbərlər

Orphus sistemi