Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində sakinlərin müayinələri aparılıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, aksiyanın məqsədi Füzuli rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir.
Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.
Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.