Qarda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb - YENİLƏNİB-4

Qarda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb - YENİLƏNİB-4 Yaralılardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər
Sağlamlıq
24 Fevral , 2021 18:05
Qarda yıxılaraq xəsarət alanların sayı 39-a çatıb - YENİLƏNİB-4

Bu gün saat 18:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report" xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

15:03

Bu gün saat 15:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report" xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

13.14

Bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report" xəbər verir ki, yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

11.37

Bu gün saat 11:30-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

10.15

Bu gün saat 10:00-a qədər olan məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi