Psixiatr: “Qazilərə sosial şəbəkədə aqressiv xəbərləri oxumamağı tövsiyə edirik”

Psixiatr: “Qazilərə sosial şəbəkədə aqressiv xəbərləri oxumamağı tövsiyə edirik” “Qazilərin intihar səbəbləri onların psixoloji travmaları ilə bağlıdır. Onlar hesab edir ki, psixoloq müharibədə baş verənləri mənə necə unutduracaqlar?! Düşünürlər ki, dərman onların yaddaşındakılarını siləcək”.
Sağlamlıq
27 İyul , 2022 15:35
Psixiatr: “Qazilərə sosial şəbəkədə aqressiv xəbərləri oxumamağı tövsiyə edirik”

“Qazilərin intihar səbəbləri onların psixoloji travmaları ilə bağlıdır. Onlar hesab edir ki, psixoloq müharibədə baş verənləri mənə necə unutduracaqlar?! Düşünürlər ki, dərman onların yaddaşındakılarını siləcək”.

“Report” xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, Aydan Cabbarova deyib.

Psixiatr qeyd edib ki, əksinə, dərman heç bir yaddaşı silmir, sadəcə yaşadıqlarını qəbul edərək həmin xatirələrlə birlikdə yaşamağı dərk etmələrinə yardımçı olur:

“Əgər şəxs müayinə zamanı ətrafına və özünə təhlükəli şərait yaradırsa müvəqqi olaraq işləməməyi tövsiyə edə bilər. Lakin kiməsə qadağa qoya bilmərik. İntihar fikri olan insanların aktiv müalicəyə ehtiyacı var. Bu müalicə stasionar yox, ambulator şəraitdə aparılsa belə həmin şəxsin işləməyinə icazə verilmir. Çalışırıq ki, həmin şəxsləri tez bir zamanda bu vəziyyətdən çıxaraq. Qazilərə sosial şəbəkədə və mətbuatda aqressiv xəbərləri oxumamağı tövsiyə edirik. Eyni zamanda bəzi saytlardan özlərini təcrid etməlidirlər. Çünki bu kimi hallar müalicənin effektliyini ləngidir”.

“İki ilə yaxındır Vətən müharibəsi bitib və bu günə kimi çox sayda qazilərimizi qəbul edirik. Onların reabilitasiya üçün bundan sonra da əlimizdən gələni edirik. Anonimlik şəklində müalicə üçün bizə çəkinmədən müraciət edə bilərlər. Nə kömək lazımdırsa əlimizdən gələni edəcəyik” – Aydan Cabbarova əlavə edib.

Son xəbərlər

Orphus sistemi