Orxan Məmmədov: "Azərbaycanda tibbi xidmətlərin müasir standartlara çatdırılması üçün əlverişli baza yaradılıb"

Orxan Məmmədov: "Azərbaycanda tibbi xidmətlərin müasir standartlara çatdırılması üçün əlverişli baza yaradılıb" "Azərbaycanda tibbi xidmətlərin müasir standartlara çatdırılması üçün əlverişli baza yaradılıb"
Sağlamlıq
5 Oktyabr , 2023 15:55
Orxan Məmmədov: Azərbaycanda tibbi xidmətlərin müasir standartlara çatdırılması üçün əlverişli baza yaradılıb

"Əczaçılıq sahəsi cəmiyyətin bütün spektrini əhatə edir. Azərbaycanda tibbi xidmətlərin müasir standartlara çatdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli baza yaradılıb".

"Report" xəbər verir ki, bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən sahibkar və şirkətlərin rəqabətə davamlılığının artırılması, onların göstərdiyi xidmətlərin yeni peşəkar səviyyəyə çıxarılması, müasir standartlara uyğunlaşdırılması prioritet istiqamətə çevrilib.

O.Məmmədov əlavə edib ki, ölkədə tibbi məhsulların istehsalı ilə məşğul olan müəssisələrin yaradılması olduqca vacibdir: "Digər tərəfdən, əczaçılıq sektorunun inkişafı ölkəyə valyuta axınının artması və yeni sərmayələrin cəlbinə xidmət edəcək. Mütəmadi olaraq iqtisadiyyatın müxtəlif sektorunu əhatə edən sahibkarlarla görüşlər keçirilib. Əczaçılıq sahəsində çalışan sahibkarlar da onlar üçün yaradılan bütün imkanlardan yararlanmağa çalışırlar".

Son xəbərlər

Orphus sistemi