Müğənni və aktrisa Firəngiz Rəhimbəyli vəfat edib

Müğənni və aktrisa Firəngiz Rəhimbəyli vəfat edib Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.
İncəsənət
16 Avqust , 2022 23:10
Müğənni və aktrisa Firəngiz Rəhimbəyli vəfat edib

Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.

Bu barədə “Report”a aktrisanın yaxınları bildiriblər.

Onların sözlərinə görə, aktrisa ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub.

O, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib.

Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirib.

O, 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.

F.Rəhimbəyli 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Sevda roluna çəkilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi