Kəramət Böyükçöl müalicəyə başladı

Kəramət Böyükçöl müalicəyə başladı Yazıçı Kəramət Böyükçöl müalicəyə başlayıb.
Sağlamlıq
20 Avqust , 2020 18:12
Kəramət Böyükçöl müalicəyə başladı
Kəramət Böyükçöl

Yazıçı Kəramət Böyükçöl müalicəyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə o, özü bildirib.

"Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzrlü sayın. Müalicə olunum qurtarım, sonra danışarıq. Özünü necə hiss edirsən soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. Nəyəsə ehtiyacın varmı soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur", - o əlavə edib.

Hazırda yazıçının xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, avqustun 18-də məişət zəminində səs-küy olduğu üçün K.Böyükçölün qonşularından polisə şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb. K.Böyükçöl avqustun 19-da sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi