İstehlaka yararsız 15 min kq-dan çox süd məhsulları və qatqıları məhv edilib

Sağlamlıq
  • 01 mart, 2022
  • 07:22
İstehlaka yararsız 15 min kq-dan çox süd məhsulları və qatqıları məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş 13 adda, 15 444 kq müxtəlif növ süd məhsulları və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi üçün müraciəti “AZ FP CO LTD” MMC edib.

44 filmi