İnsanların qocalması ilə bağlı yeni araşdırmanın nəticələri açıqlandı

İnsanların qocalması ilə bağlı yeni araşdırmanın nəticələri açıqlandı Yaşlı insanların daha gec qocaldığı məlum olub
Sağlamlıq
1016
25 Sentyabr , 2020 17:38
İnsanların qocalması ilə bağlı yeni araşdırmanın nəticələri açıqlandı

Yaşlı insanların daha gec qocaldığı məlum olub.

“Report” “EurekAlert!”ə istinadən xəbər verir ki, bu qənaətə finlandiyalı araşdırmaçılar gəliblər.

Yaşlıların fiziki forması və əqli bacarıqları 20 il öncəki yaşıdlarından daha yaxşı qalıb.

Belə ki, alimlər 75-80 yaşlı insanların orqanizmindəki müxtəlif göstəriciləri incələyiblər və onları 1990-cı ildəki ahılların məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, hazırda yaşlılarda əzələ gücü, yerimə və reaksiya sürəti, məntiq və işçi yaddaşı əhəmiyyətli dərəcədə daha yaxşıdır. Onlar bu bacarıqları daha yavaş itirirlər.

Alimlər güman edirlər ki, uzunmüddətli təhsil koqnitiv qabiliyyətlərin qalmasına səbəb olur. Fiziki göstəricilər isə daha yüksək aktivlik və səhiyyə sisteminin yaxşılaşması ilə əlaqədardır.

Araşdırmanın müəllifi Matti Munukkanın fikrincə, ümumiyyətlə, qocalan əhali arasında insanların qayğıya ehtiyac duymadığı “sağlam” illərin sayında artım var.

Son xəbərlər

Orphus sistemi