Hansı halda özəl xəstəxanalara göndəriş verilməsi açıqlanıb

Hansı halda özəl xəstəxanalara göndəriş verilməsi açıqlanıb “Hər kəs daha yüksək ixtisaslı və daha texnoloji imkanları olan xəstəxanalarda müalicə almaq istəyir. Lakin bu praktikada mümkün deyil. Çünki özəl xəstəxanaların resursları o qədər böyük deyil ki, hamını qəbul etsinlər”.
Sağlamlıq
321
17 Dekabr , 2021 14:55
Hansı halda özəl xəstəxanalara göndəriş verilməsi açıqlanıb

“Hər kəs daha yüksək ixtisaslı və daha texnoloji imkanları olan xəstəxanalarda müalicə almaq istəyir. Lakin bu praktikada mümkün deyil. Çünki özəl xəstəxanaların resursları o qədər böyük deyil ki, hamını qəbul etsinlər”.

“Report” xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

O qeyd edib ki, təcili yardım maşını pasiyentləri yalnız TƏBİB-in tabeliyində olan xəstəxanalara aparır: “Əgər pasiyent xəstəxanaya gətirildikdən sonra bizim resurslar imkan verməsə, onda özümüz xəstəni təcili yardım maşını və digər vasitələrə özəl klinikalara yönləndiririk. Bu gün dövlət tibb müəssisələrində bəzi xidmətlər üzrə müəyyən problemlər var. Ona görə də bəzi xəstələrə dərhal özəl xəstəxanalara göndəriş verilir”.

Son xəbərlər

Orphus sistemi