Bakıda “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib

Bakıda “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib “Yeni Klinika” tibb müəssisəsinin təşkilatçılığı ilə “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib.
Sağlamlıq
7 Fevral , 2023 11:52
Bakıda “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib

“Yeni Klinika” tibb müəssisəsinin təşkilatçılığı ilə “Serebral iflic və cəmiyyət” mövzusunda forum keçirilib.

"Report" xəbər verir ki, tədbirdə klinikanın direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov və digər rəsmilər iştirak edib.

Qeyd olunub ki, forumun əsas məqsədi effektiv inklüziv mühit yaratmaqla mütəxəssislər, serebral iflicin fəsadlarının qarşısını almaqda müxtəlif metodların müəllifləri və serebral iflic olan gənclər arasında praktiki təcrübə mübadiləsi üçün vahid platforma yaratmaqdır.

C.Paşayev serebral iflic və cəmiyyət mövzusunun həssaslığını vurğulayaraq fiziki məhdudiyyətli şəxslərin inkişafına dəstək olmağın vacid olduğunu qeyd edib.

Serebral iflicin yaranması və insan orqanizminə vurduğu fəsadlarla bağlı çıxış edən TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov bildirib ki, hər bir tibb işçisi bu mövzuya həssas yanaşmalıdır: "Təəssüf ki, dünya statistikasına əsasən, bu gün doğulan hər 1 000 körpədən 2-si serebral ifliclə dünyaya gəlir. 80 % döl isə hələ ana bətnində ikən bu xəstəliyin daşıyıcısı olur. Tövsiyə edirəm ki, qadınlar hamiləlik zamanı bütün müayinələrdən keçsinlər. Ötən il ərzində Uşaq Nevroloji Mərkəzinə müraciət edənlərin 42 %-i, reabilitasiya mərkəzinə müraciət edənlərin isə 69 %-i məhz serebral iflic xəstəliyi olan pasiyentlərdir".

Forumda həmçinin, xəstəliyin yaranma səbəblərindən, fəsadlarından və müalicə üsullarından danışılıb.

Sonda fiziki məhdudiyyətli gənclər fiziki məhdudiyyət əngəl deyil mövzusunda çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi