“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
AQTA-dan "Report"a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, 2021-ci il 19 aprel–4 iyun tarixlərində Bakı şəhərinin Sabunçu rayonu üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 31 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Nöqsan aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
Sabunçu rayonu üzrə:
Sabunçu rayonu,Balaxanı qəsəbəsində yerləşən, fiziki şəxs Əzizov Məmmədağaya məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu,Sabunçu qəsəbəsində yerləşən, fiziki şəxs Həziyev Baratəliyə məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində yerləşən, fiziki şəxs Abdullayev İsmayıl Abdulla oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, fiziki şəxs Əsgərov Sətdar Ələsgər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, fiziki şəxs Abdullayev Əli Abdulla oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Sabunçu bazarında yerləşən, fiziki şəxs CAğayev Əhməd Teymur oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Ə.Məmməmzadə ünvanında yerləşən, fiziki şəxs Səmədov Əli Rəhbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,S.Qocayev küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Babayev Qorxmaz İldırım oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənelik 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Habil İbarahim oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, fiziki şəxs Mozanov Səxavət Rizvan oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi,Mehbarıyev 2 ünvanında yerləşən, fiziki şəxs Namazov Tuncay Abuzər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Bakıxanov bazarında yerləşən, fiziki şəxs Raquliyev Niyazi Xamasa oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Qaraçuxur məscidinin yanında yerləşən, fiziki şəxs Səfərov Rəmzi Rasim oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi,Z.Şərifov 10 ünvanında yerləşən, fiziki şəxs Səlimov Qorxmaz Nürəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Bakıxanov bazarında yerləşən, fiziki şəxs Şükürov Musa Yaqub oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Bakıxanov bazarında yerləşən, fiziki şəxs Şükürov Nəsirə məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsi,Məmmədyarlı küçəsində yerləşən, fiziki şəxs Abbasov Emil Ədalət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Zakir Həsən oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Ələkbər Seyid oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsi,Maştağa-Mərdəkan yolunda yerləşən, fiziki şəxs Həsənov İlqar Əlibala oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsi,Nizami 13 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Mirmahmud Arif oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Quliyev Vüqar Nazir oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsi,H.Heybətov 145 ünvanında yerləşən, fiziki şəxs İmaməliyev Tərlan Əsəd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu, Maştağa qəsəbəsi,4 yolda yerləşən, fiziki şəxs Qədirov Niyaməddin Möhlət oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu rayonu,Zabrat ŞTQ-də yerləşən, fiziki şəxs Məmmədov Samir Əli oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon Zabrat qəsəbəsi, Ruhulla Axundov 17 ünvanında yerləşən, fiziki şəxs Adilov Rahib Adil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon Zabrat qəsəbəsində yerləşən, fiziki şəxs Cəfərov Rauf Namaz oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon 1-ci Zabrat qəsəbəsi, Babək 92 ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Rauf İsa oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon Zabrat qəsəbəsi, H. Vəliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Anur Rəfail oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon Zabrat qəsəbəsi, H. Vəliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ramil Fazil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
Sabunçu Rayon Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsində yerləşən, fiziki şəxs Tağıyev Gündüz Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi.
AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcəkdir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.