İsrail Ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

Digər ölkələr
  • 25 noyabr, 2026
  • 19:19
İsrail Ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

İsrail Müdafiə Ordusu və ŞABAK HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni təyin olunmuş rəhbərini və "Şimali Qəzza" briqadasının komandiri Məhəmməd Macid Əbu əl-Uf öldürüb.

"Report" xəbər verir ki, bu barədə qurumların birgə bəyanatında bildirilib.

Məlumata görə, həmçinin Əbu Həmzə kimi tanınan briqada komandiri qruplaşmanın daxili təhlükəsizlik aparatının rəhbəri Naim Əbu Nəhalın ölümündən bir gün sonra öldürülüb.

Bəyanatda qeyd olunub ki, Əbu əl-Uf HƏMAS strukturunda mühüm mövqe tuturdu, məlumat mübadiləsi zamanı əlaqələndirici halqa kimi çıxış edib.

İsrail tərəfinin qiymətləndirməsinə görə, onun öldürülməsi HƏMAS-ın daxili təhlükəsizlik aparatının idarəetmə imkanlarına əlavə zərbə vurub.

44 filmi