Xalq artisti Elmira Şabanova vəfat edib

Digər
  • 25 noyabr, 2026
  • 18:50
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

Bu barədə "Report"a mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb.