Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada infeksiyaya 13 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 16 nəfər sağalıb, 1 nəfər xəstəlikdən vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 706 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 351 nəfər müalicə olunaraq sağalıb, hazırda 89 aktiv xəstə var. Bu günə qədər 10 270 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 015, bu günə qədər isə ümumilikdə 7 608 942 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 94 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 600 olub.