Azərbaycanda qeydiyyatda olan dağınıq skleroz xəstələrinin sayı açıqlanıb

Sağlamlıq
  • 19 dekabr, 2025
  • 12:48
Azərbaycanda qeydiyyatda olan dağınıq skleroz xəstələrinin sayı açıqlanıb

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə tədbirləri üzrə reyestrdə 2 707 nəfər xəstə qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

İcraçı direktor həmçinin qeyd edib ki, bu ildən etibarən kistoz fibroz xəstələrinin tibbi təminatında əlavə bir yenilik həyata keçirilib: "Belə ki, mukovissidoz xəstələrində qidalı maddələrin sorulmasında olan defisiti kompensasiya etmək məqsədilə balanslaşdırılmış tibbi enteral qida məhsullarının təminatına başlanıb. Ölkə üzrə 77 nəfər kistoz fibroz xəstəsi qeydiyyatdadır ki, onlardan 70 nəfəri 18 yaşa qədər uşaqlar, 7 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir".

V.Qurbanov eyni zamanda 800-dən çox ixtioz xəstəsi dispanser qeydiyyatında olduğunu bildirib:

"TƏBİB-in tabeliyindəki 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 849 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz xəstəsi dispanser qeydiyyatındadır. Bu ildən etibarən icbari tibbi sığorta tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəliklərinin dərman, sarğı və baxım materialları ilə təminatına başlanıb. Yaraların sağalma müddətinin qısalmasına, ağrı və infeksiya riskinin azalmasına, eyni zamanda gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verən kifayət qədər dəyəri yüksək olan "Filsuvez" preparatının tətbiqinə başlanılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti