Azərbaycanda immunizasiya üzrə yeni milli təlimatlar hazırlanır

Azərbaycanda immunizasiya üzrə yeni milli təlimatlar hazırlanır "Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə immunizasiya üzrə yeni milli təlimatın hazırlanması işi yekunlaşmaq üzrədir".
Sağlamlıq
26 Sentyabr , 2023 16:11
Azərbaycanda immunizasiya üzrə yeni milli təlimatlar hazırlanır

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə immunizasiya üzrə yeni milli təlimatın hazırlanması işi yekunlaşmaq üzrədir".

Bu barədə "Report"a TƏBİB-in Tibbi xidmətlərin təşkili departamenti ilkin səhiyyə xidməti şöbəsinin əməkdaşı Aygün Xəlilova məlumat verib.

Onun sözlərinə görə, immunlaşdırmada təşviqedici və maneə yaradan amillərin müəyyən edilməsi üçün ÜST-nin texniki dəstəyi ilə keyfiyyət tədqiqatı keçirilib: "Tədqiqatın nəticələri əsasında immunlaşdırma proqramı üzrə 5 illik kommunikasiya fəaliyyət planı hazırlanır".

TƏBİB rəsmisi bildirib ki, "immunizasiya üzrə informasiya sisteminin təkmilləşdirilməsi: yol xəritəsi" hazırlanıb və aidiyyəti üzrə təqdim olunacaq.

İmmunlaşdırma sahəsində mövcud olan problemlərə toxunan qurum əməkdaşı əlavə edib ki, bura kadr çatışmazlığı və bir sira müəssisələrdə tibb işçilərinin yeni məlumatlarla bilgiləndirilməsinin zəif olması, elektron sistemə keçidlə əlaqədar olaraq bütün müəssisələrin elektronlaşmasının təmin olunmamasında yaranan çətinliklər aiddir. Eyni zamanda "Azərbaycan Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" qanunun 6 maddəsinə əsasən profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Buna əsaslanaraq vətəndaşlar tərəfindən çox sayda imtina halları qeyd olunur. İmtina səbəbləri kimi əhalinin maariflənmə və məlumatlılıq səviyyəsinin zəif olması, dezinformasiya, yan təsirlərlə bağlı narahatlıqlar, dini inanclara görə himayəçinin tərəddüdü, miqrasiya ilə əlaqədar olaraq uşaqların qeydiyyatında yaranmış problemlər, eləcə də əsassız tibbi əks-göstərişlərin çox olması, əhalinin məlumatlılıq səviyyəsinin kifayət qədər olmaması, statistik təhlil, hesabatların toplanması mərhələsində elektronlaşmanın tam olmaması səbəbindən yaranan çətinlikləri misal çəkmək olar.

Son xəbərlər

Orphus sistemi