Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu?

Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu? "Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı qeydə alınmayıb".
Sağlamlıq
27 Yanvar , 2021 17:16
Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı olubmu?
Qalib Əbdüləliyev

"Azərbaycanda heyvanlar arasında koronavirusa yoluxma halı qeydə alınmayıb".

Bunu "Report"a müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, pandemiya başlayan vaxt koronavirusun kifayət qədər öyrənilməmiş xəstəlik olduğu bildirilib: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təsnifatında təhlükəli xəstəliklər bölməsi var. Buna da o cür yanaşmaq lazımdır. Biz də ona uyğun tədbirlər həyata keçirdik. Getdikcə tədqiqatlar göstərdi ki, qablaşdırılmış, emal olunmuş məhsullarda xəstəliyin yayılma faizi azdır. Alınan məlumatlara görə, bəzi hallarda xəstə insanın saxladığı ev heyvanında yoluxma aşkar olundu. ABŞ-da xəstəliyə yoluxmuş zoopark işçisindən oradakı pələnglərin yoluxması halına rast gəlindi. Beləliklə, heyvanların yoluxması faktları artdı. Ötən ilin sonu məlum oldu ki, su samurları, xəzli heyvanlar bu xəstəliyin daşıyıcısı ola bilir. Ona görə Danimarka, Kanada və Niderlanda çoxlu sayda heyvan məhv olundu. Bizdə su samurları saxlanılmadığı üçün bu təhlükə bizim üçün aktual deyil. Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) klinikalara müayinəyə gətirilmiş heyvanlarda koronavirusla bağlı yoxlamalar aparılması üçün tədqiqatlar aparır ki, bununla müəyyən olunsun ki, evdə saxlanılan heyvanlarda yoluxma riski var ya yoxdur. Bu tədqiqatlar davam edir, amma koronavirusa yoluxma halına rast gəlinməyib".

Son xəbərlər

Orphus sistemi