Türkiyə millisinin sabiq üzvü Emre Mor peşəkar futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib

Futbol
  • 23 noyabr, 2026
  • 17:39
Türkiyə millisinin sabiq üzvü Emre Mor peşəkar futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib

Türkiyə millisinin keçmiş üzvü Emre Mor futbol karyerasına müvəqqəti fasilə vermək barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin sonuncu klubu olan Niderland təmsilçisi NEK (Neymegen) rəsmi açıqlama yayıb.

Yayda Erediviziya iştirakçısı ilə 2 illik müqavilə bağlayan oyunçu rəhbərliklə müzakirələr apararaq səhhətinə və ümumi rifahına üstünlük vermək istədiyi üçün bu addımı atdığını vurğulayıb:

"Uşaqlıqdan peşəkar futbolçu olmaq arzum idi. Həmişə bu idman növündə əlimdən gələni etməyə çalışmışam. Ancaq son vaxtlar səhhətimlə əlaqədar müəyyən problemlərlə üzləşdim. Artıq o həddə gəlib çatmışam ki, orqanizmimə qulaq asmalı, fiziki imkanlarımın hüdudlarına hörmətlə yanaşmalı və rifahımı prioritetim kimi qəbul etməliyəm. Bu səbəbdən peşəkar futboldan müvəqqəti uzaqlaşmaq və özümə vaxt ayırmaq kimi ağır qərara gəldim".

Qeyd edək ki, Emre Mor Almaniyanın "Borussiya" (Dortmund), Türkiyənin "Qalatasaray" və "Fənərbağça" kimi klublarının şərəfini qoruyub.

44 filmi