Səhiyyə Nazirliyi Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verib

Səhiyyə Nazirliyi Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verib Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Ermənistan tərəfinin Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 12 nəfərə aid olduğu ehtimal edilən qalıqların Azərbaycan tərəfindən basdır
Sağlamlıq
5 Oktyabr , 2022 10:16
Səhiyyə Nazirliyi Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verib
Ədalət Həsənov

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Ermənistan tərəfinin Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanmış 12 nəfərə aid olduğu ehtimal edilən qalıqların Azərbaycan tərəfindən basdırılması ilə bağlı iddialara münasibət bildirib.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, direktor Ermənistan tərəfinin bu iddialarını tamamilə əsassız adlandırıb.

O qeyd edib ki, sümüklərlə torpağın qarışdığını göstərmək mümkündür: “Həmin qalıqların sonradan qoyulması ilə bağlı söhbət gedə bilməz. Onların üstü sadəcə olaraq təmizlənib. 12 nəfərə aid qalıqların Azərbaycan hərbçilərinə aid olduğu ilk baxışdan da görünür. Onların hamısı hərbi paltarda dəfn olunub”.

Ə.Həsənovun sözlərinə görə, həmin ərazinin aşağısında meyitlərin olub-olmaması hələ də bilinmir: “12 nəfərin bir yerdə kütləvi şəkildə qeyri-insani formada dəfni işgəncə, əzab barədə düşünməyə əsas verir. Onların hər birinin əlləri yuxarıdadır, sümüklərində zədələr və xəsarətlər var. Kəllə sümüklərinin qırıqları onlara küt alətlə də xəsarət yetirildiyini göstərir”.

Son xəbərlər

Orphus sistemi