ATU: "Azərbaycanda süd verən anaların xərçəngə yoluxma riski azdır"

ATU: "Azərbaycanda süd verən anaların xərçəngə yoluxma riski azdır" "Azərbaycanda süd verən anaların xərçəngə yoluxma riski azdır".
Sağlamlıq
9 Mart , 2022 10:13
ATU: Azərbaycanda süd verən anaların xərçəngə yoluxma riski azdır
Rauf Bəylərov

"Azərbaycanda süd verən anaların xərçəngə yoluxma riski azdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov deyib.

Onun sözlərinə görə, erkən və vaxtında qoyulan diaqnozla xəstəliyə qalib gəlmək olar: "Xəstəliyin vaxtında diaqnostika və müalicəsində komanda işi önəmlidir. Bununla da gələcəkdə xərçəngdən qurtula bilərik".

"Dünyanın bütün inkişaf etmiş ölkələrində süd vəzi xərçəngi bədxassəli şişlər arasında birinci yeri tutur və qadınların bütün onkoloji xəstəliklərin 26 %-ni təşkil edir. Bu göstəricinin son 10 ildə proqressiv artması müşahidə olunur. Azərbaycanda süd vəzi xərçənginə rastgəlmə tezliyi son 15 ildə yüksəlib və bu, hələ son hədd deyil. Son illər ərzində Azərbaycanda qadınların bütün bədxassəli yenitörəmələr ilə xəstələnmə halları arasında süd vəzi xərçəngi birinci yeri tutaraq 32.3 % təşkil edir. Süd vəzisi xərçənginin diaqnostika və müalicəsində əldə olunan nailiyyətlərə baxmayaraq, bu patologiya ilə ölüm göstəricisi yüksək olaraq qalır", - R.Bəylərov əlavə edib.

Son xəbərlər

Orphus sistemi