“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Səfərova Ziyafət Müseyib qızı |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır. |
2 |
İsmayılov Vaqif Teymur oğlu |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 |
İbadov Emil Nazim oğlu |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır. |
4 |
Vəliyev Dadaş Azadalı oğlu |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır. |
5 |
"ZİRVƏ BROYLER" Məhdud Məsuliyyətli Cəmiyyəti |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.