Türkiyə hərbçiləri terrorçuların Fərat çayının şərqini boşaltmasını gözləyir

Türkiyə hərbçiləri terrorçuların Fərat çayının şərqini boşaltmasını gözləyir Türki Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusu həmin rayonun 11 km-liyində yerləşib
Region
1 Sentyabr , 2016 11:33
Türkiyə hərbçiləri terrorçuların Fərat çayının şərqini boşaltmasını gözləyir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri PYD və YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolları) Suriyanın Menbiç rayonunu boşaltmasını gözləyir.

"Report" Haber7-yə istinadən xəbər verir ki, Suriya Azadlıq Ordusuna dəstək verən Türk Silahlı Qüvvələri Menbiçin 11 kilometrliyində gözləyir.

Qeyd edək ki, həmin ərazi ötən ay terrorçu İŞİD qruplaşmasından təmizlənib. Fərat çayının şərqində yerləşən həmin rayonu PYD və YPG silahlıları ələ keçirib. Onların Menbiçi tərk etməsi haqda Türkiyə ilə ABŞ-ın razılaşdığına dair xəbər yayılıb.

Xatırladaq ki, ötən gün rəsmi Ankara bu məsələni bir daha ABŞ hakimiyyətinin nəzərinə çatdırıb. Rəsmi Vaşinqton Fəratın şərqinin tezliklə boşalacağını bildirib.

Ötən gün Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın bu məsələyə də toxunub: "Dövlət çevirilişinə cəhddən 6 həftə sonra Türk Silahlı Qüvvələri Türkiyənin sərhədlərinin təhülkəsizliyinin təmin olunması və həmin əraziyə yaxın bölgənin terror ünsürlərindən təmizləmək məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın məqsədi terrorçu İŞİD qruplaşması və terrorçu ünsürlərə qarşı mübarizə və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Türkiyə beynəlxalq hüquqdan istifadə edərək, öz haqqını müdafiə edir. ABŞ rəsmiləri isə vaxtaşırı olaraq, Türkiyə ilə PYD-ni eyni qaba qoymağa çalışırlar. Bunlar qəbuledilməzdir. "Fırat kalkanı" əməliyyatının məqsədini əvvəldən açıqlamışıq.

PYD ilə anlaşmamız müzakirə mövzusu deyil. Bu qruplaşma PKK-nın bir qoludur. Əməliyyatımızın hədəfindən PYD və PKK niyə narahatdır? Məqsəd İŞİD-ə qarşı mübarizədirsə, onda PKK və PYD orada nə iş görür? Fərat çayının şərqinə çəkilməyənədək onlar bizim hədəfimizdə olacaqlar. Bu əməliyyat bitər-bitməz onlar çəkiləcəkdi. Ancaq indi Cerablusa doğru hərəkət ediblər. Bu isə onların bölgəni işğal etməsinə dair bir nümunədir. "Fırat kalkanı" əməliyyatından narahat olanlar müxtəlif fırıldaqla məşğuldur. Onlar Türkiyənin məqsədini təhrif edirlər".

Son xəbərlər

Orphus sistemi