Tbilisidə aksiyanın təşkilatçıları təxribat barədə xəbərdarlıq ediblər - FOTO - YENİLƏNİB-2

Tbilisidə aksiyanın təşkilatçıları təxribat barədə xəbərdarlıq ediblər - FOTO - YENİLƏNİB-2 Tbilisidə keçirilən kütləvi etiraz aksiyası davam edir.
Region
23 İyun , 2019 22:04
Tbilisidə aksiyanın təşkilatçıları təxribat barədə xəbərdarlıq ediblər - FOTO - YENİLƏNİB-2

Tbilisidə keçirilən kütləvi etiraz aksiyası davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, etirazçılar aksiyada təxribatların olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Aksiya təşkilatçıları iştirakçıları təxribatlara uymamağa çağırıblar.

Təşkilatçılar "Get" (" #წადი" - red) adlı sosial kampaniyaya başladıqlarını da elan ediblər. Onlar iştirakçıları "Facebook" sosial şəbəkəsində kampaniyaya qoşulmağa çağırıblar.


***20:32

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb.

"Report"un yerli bürosu xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Ötəngünkü aksiyalardan fərqli olaraq, bu gün aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin əleyhinə plakatlar tutublar. Gənc fəallar aksiya iştirakçılarına B.İvanişvili ilə bağlı təhqiramiz xarakterli vərəqələr paylayırlar.


***19:52

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, gənclərin üstünlük təşkil etdiyi aksiyada hələ kütləvilik müşahidə edilmir.

Ərazidə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları növbə çəkir.

Dördüncü gündür keçirilən aksiyanın tələbləri dəyişməz qalıb: - aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları daha geniş formada davam etdirəcəklərini bildiriblər. Bəzi iştirakçılar aclıq aksiyası keçirməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi