Özbəkistan prezidenti Şavkat Mirziyoyev and içib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev and içib Yeni prezident ölkə Konstitusiyasına və qanunlarına ciddi riayət edəcəyinə söz verib
Region
14 Dekabr , 2016 10:53
Özbəkistan prezidenti Şavkat Mirziyoyev and içib

Bakı. 14 dekabr. REPORT.AZ/ Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin hər iki palatasının birgə iclasında and içib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalimov Ş.Mirziyoyevə Özbəkistan prezidenti vəsiqəsini təqdim edib.

Ardından yeni seçilmiş dövlət başçısı əlini eyni zamanda ölkə Konstitusiyasına və "Quran"a basaraq, and içib: o, Konstitusiyaya və qanunlarına ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarının təmin ediləcəyinə və vicdanla Özbəkistan Respublikası prezidentinin vəzifələrini yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Liberal Demokrat Partiyası (UzLiDeP) tərəfindən namizədliyi irəli sürülən Ş.Mirziyoyev 88,61% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi