Paşinyan və xanımı koronavirus testindən keçəcək
Region
- 13 mart, 2020
- 21:30
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o və xanımı Anna Akopyan bu gün koronavirus testindən keçəcəklər.
“Report”un Ermənistan mətbuatına istinadən məlumatına görə, baş nazir bu barədə özünün “Facebook” səhifəsində bildirib.
O, xatırladıb ki, bir neçə gün əvvəl arvadı ilə Braziliyada səfərdə olub və martın 7-də bu ölkənin prezidenti, birinci xanımı ilə görüşüb.
"Bu gün informasiya yayıldı ki, Braziliya prezidentində koronavirus aşkarlanıb. Sonra bu xəbər təkzib edildi, amma Anna və mən onsuz da yoluxmanı istisna etmək üçün sabah (bu gün-red) yoxlamaya gedəcəyik", - baş nazir deyib.
Paşinyan bildirib ki, indi onlar izolyasiya rejimindədirlər.
Son xəbərlər
10:41
Video
Qırğızıstanda mədəndə qaz sızması baş verib, ölənlər var
Region10:35
Ötən il özünüməşğulluq proqramı üzrə 6,5 mindən çox qadın üçün kiçik ailə təsərrüfatları yaradılıb
Sosial müdafiə10:27
Azərbaycan Basketbol Liqasında XVIII tura "Neftçi" - "Gəncə" oyunu ilə yekun vurulacaq
Komanda10:17
ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
Region10:09
Küveytin sərhəd idarəsinin iki zabiti həlak olub
Digər ölkələr09:36
"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi müəyyənləşib
Formula 109:34
NYT: İran İsfahandakı obyektin dağıntıları altından zənginləşdirilmiş uran çıxara bilər
Digər ölkələr09:05
Premyer Liqa: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək
Futbol08:50