Premyer Liqa: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək
- 08 mart, 2026
- 09:05
Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq.
Matç Şamaxı şəhər stadionunda, saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 19:15-də, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
"Qarabağ" 46 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur.
Misli Premyer Liqası
XXIII tur
8 mart
15:00. "Şamaxı" – "İmişli"
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu
19:15. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.