Mövlud Çavuşoğlu: "ABŞ "Patriot" raket komplekslərinin satışı ilə bağlı təminat verə bilərmi?"

Mövlud Çavuşoğlu: "ABŞ "Patriot" raket komplekslərinin satışı ilə bağlı təminat verə bilərmi?" Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan C-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına cavab verib.
Region
28 Avqust , 2018 23:52
Mövlud Çavuşoğlu: ABŞ Patriot raket komplekslərinin satışı ilə bağlı təminat verə bilərmi?

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan C-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına cavab verib.

"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

"Biz hava məkanımızı qorumağa borcluyuq. Bu bizim borcumuzdur. Və onlar bunu dərk etməlidir. ABŞ "Patriot" raket komplekslərinin satışı ilə bağlı bizə təminat verə bilərmi?" – deyə Türkiyənin XİN rəhbəri bildirib.

Bundan başqa o, ABŞ-ın F-35 təyyarələrinin Türkiyəyə satışını istəmədiyini də xatırladıb. XİN başçısı qeyd edib ki, əgər Ağ Ev iki ölkənin münasibətlərində diplomatik böhranı həll etmək istəyirsə, hədə-qorxu dilindən imtina etməlidir.

Pentaqon rəhbəri Ceyms Mettis çərşənbə axşamı bəyan edib ki, ABŞ Türkiyəyə С-400 raket kompleksini almağı məsləhət görmür. Bununla belə o, bu məsələni Ankaranın suveren hüququ adlandırıb.

Son xəbərlər

Orphus sistemi