Gürcüstanda nazir Rusiya bayrağına görə istefaya göndərilib - FOTO
Region
- 26 may, 2019
- 10:39
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.
Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.
Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.
Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan MR-in Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb.
Son xəbərlər
01:13
Nigeriyada baş verən yol qəzasında 30 nəfər ölüb
Digər ölkələr00:39
Livanda beşmərtəbəli binanın uçması nəticəsində altı nəfər ölüb
Digər ölkələr00:10
Donald Tramp amerikalıları ölkənin seçki sistemini düzəltməyə çağırıb
Digər ölkələr23:46
Hindistan ABŞ ilə sövdələşmələr üçün Rusiya neftindən imtina edir
Digər ölkələr23:21
ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub
Xarici siyasət23:17
Foto
Gəncədə qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatı keçirilib
Fərdi23:11
Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var
Hadisə23:10
"İnter" "Sassuolo"nu darmadağın edib
İdman22:54