Gürcüstanda 39 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Region
  • 07 sentyabr, 2018
  • 10:11
Gürcüstanda 39 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Tbilisi. 7 sentyabr. REPORT.AZ/ Gürcüstanda 39 nəfər prezident seçkilərində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 20 nəfəri təşəbbüs qrupu, yerdə qalan 19 nəfər isə siyasi partiyalar tərəfindən irəli sürülüb: "Bu günə qədər 39 nəfərin yalnız 4-nün prezidentliyə namizədliyi qeydə alınıb. Bunlar “Xalqın səsi” Birliyindən Mixail Saluaşvili, “Yeni Gürcüstan-Vətəndaş Platforması”ndan Zviad Baqdavadze, Leyboristlər Partiyasından Şalva Natelaşvili və “Avropalı Gürcüstan” Partiyasından David Bakradzedir”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu il oktyabrın 28-də keçiriləcək. Prezidentliyə namizədliyini vermək istəyən şəxslər seçki gününə 40 gün qalmış MSK-ya ən azı 23 923 imza təqdim etməlidirlər. 

Son xəbərlər

Bütün Xəbər Lenti