Yuxarı

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsi üçün məhkəməyə müraciət olunub

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsi üçün məhkəməyə müraciət olunub
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturov

Bakı. 27 iyul. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb. 

O, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. İstintaq Xidməti Y.Xaçaturov barəsinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlə müracit edib.

Y.Xaçaturov 2008-c il martı 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə Xüsusi İstintaq Xidmətinə çağırılıb.

Qeyd edək ki, KTMT 1992-ci il mayın 15-də Özbəkistan paaytaxtı Daşkənddə imzalanmış müqavilə əsasında yaradılıb. Qurumun hazırkı üzvləri bunlardır: Rusiya, Qazaxıstan, Qırğız Respublikası, Belarus, Ermənistan və Tacikistan.

Azərbaycan 1993-cü il sentyarbın 23-də, Gürcüstan isə həmin il sentyabrın 9-da, Belarus isə deabrın 31-də müqviləyə qoşulub. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. 1999-cu il aprelin 2-də Azərbaycan, Gürcüstan və Özbəkistan müqaviləni imzalanmaqda imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi