Ermənistanda əsgərin ölümü ilə bağlı bölük komandiri həbs edilib
Region
- 12 oktyabr, 2018
- 13:51
Bakı. 12 oktyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin bölük komandiri sıravi əsgər Gevork Aroyanın ölüm faktı ilə bağlı başlayan cinayət işi çərçivəsində həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, faktla bağlı çavuşa və baş çavuşa qarşı cinayət işi başlayıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar hərbçiyə qarşı güc tətbiq etməkdə ittiham olunurlar.
Hadisə ilə bağlı istintaq davam edir.
Məlumata görə, oktyabrın 1-də hərbi hissədə odlu silahdan açılan atəşdən yaralanan 21 yaşlı əsgər Gevork Aroyan aşkarlanıb. Hospitala gətirilsə də, onu xilas etmək mümkün olmayıb.
Son xəbərlər
04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15
Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər
Digər ölkələr01:41
Qətər Venesuela ətrafında vəziyyətin həllinə yardım etməyə hazırdır
Digər ölkələr01:08
Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür
Digər ölkələr00:39