Ermənistana qaz nəqli dayandırılıb
Region
- 24 sentyabr, 2018
- 08:06
Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı “Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti “Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb.
Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür.
Son xəbərlər
22:46
ABŞ İranı hədələyib
Digər ölkələr22:35
Tomas Dinanno: ABŞ Ukraynaya böyük dəstək verməyə davam edir
Digər ölkələr22:18
İran ABŞ-nin sülh danışıqları ilə bağlı təklifinə rəsmi cavab verməyib
Digər ölkələr22:03
Azərbaycanın U-19 millisi seçmə mərhələyə məğlubiyyətlə start verib
Futbol21:55
Trampın Çinə səfərinin vaxtı məlum olub
Digər ölkələr21:44
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Digər ölkələr21:27
Video
Biləsuvarda yol qəzasında xəsarət alanların səhhəti məlum olub - YENİLƏNİB
Hadisə21:13
Tasnim: İran Babül-Məndəb boğazı üçün real təhlükə yarada bilər
Region20:51