Ermənistanın baş naziri Nikol Paşinyan
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, Ayrapetyan Rusiyanın “ORSİS” (“Promtexnologiya”) silah şirkəti ilə bağlı yaranan qalmaqaldan sonra işdən çıxarılıb.
Bildirilib ki, cari ilin may ayında Ermənistanın Müdafiə Nazirliyinin hərbi texnika ilə bağlı elan etdiyi müsabiqəni “ORSİS” şirkəti udub. Qısa bir müddətdən sonra açıqlanmayan səbəbdən bu tender ləğv edilib. Avqustun 26-da Ermənistanın İstintaq Komitəsi bu müsabiqə ilə bağlı “xidmətə səhlənkar münasibət” maddəsi əsasında cinayət işi başlayıb. Nəticədə "ORSİS"i Ermənistan silah tədarükçülərinin “qara siyahı”sına daxil edib.
Dekabrın 10-da isə Rusiya şirkətinin “qara siyahı”dan çıxarıldığı elan olunub.