Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb
Digər ölkələr
- 28 mart, 2026
- 07:11
ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Mayamidə keçirilən investisiya forumunda bildirib.
"Bizim 3 554 hədəfimiz qalıb və bu, kifayət qədər qısa zamanda həyata keçiriləcək", - o deyib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Son xəbərlər
09:59
Foto
Video
FHN cəzaçəkmə müəssisəsində təlim keçirib
Daxili siyasət09:57
"Bolonya" baş məşqçisi Domeniko Tedesko ilə yolları ayırmaq barədə qərar qəbul edib
Futbol09:46
Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
Digər ölkələr09:44
Din Henderson "Kristal Pelas"la yaxşılaşdırılmış şərtlər qarşılığında yeni müqavilə imzalayacaq
Futbol09:42
Foto
"SABAH.city" texnologiya şirkətləri, universitetlər və elmi qurumlar arasında sinerji yaradacaq
İKT09:41
"Bank Respublika" sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Maliyyə09:36
Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
Xarici siyasət09:29
Azərbaycan neftinin qiyməti 128 dolları keçib
Energetika09:17