Aşqabadda "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə ekspert görüşü keçirilir

Aşqabadda "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə ekspert görüşü keçirilir Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi (XDQD BND) layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilir.
Region
25 Oktyabr , 2018 11:00
Aşqabadda Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə ekspert görüşü keçirilir
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi (XDQD BND) layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilir.

"Report" "CA-NEWS"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan, Gürcüstan, Rumıniya, Türkmənistan, eləcə də Avropa İttifaqının Əlaqə Bürosunun nümayəndələri iştirak edirlər.

Sessiyalar formatında baş tutan görüşlər zamanı iştirakçılar qitələrarası tərəfdaşlığın inkişafı üçün XDQD BND-nin rolu və əhəmiyyətini müzakirə ediblər. İştirakçı ölkələrin mövcud nəqliyyat infrastrukturları və onların genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Görüş iştirakçıları həmçinin dörd ölkənin nəqliyyat sahəsindəki milli qanunvericilik məsələlərini, habelə XDQD BND-nin yaradılmasına imkan verən normativ-hüquqi aktların milli səviyyədə hazırlanması və həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

XDQD BND layihəsi üzrə ekspert görüşü öz işini nəqliyyat dəhlizinin təşkili üçün lazımi şəraitin yaradılması məqsədi ilə tədbirlər kompleksinin hazırlanmasına dair sessiyalar formatında davam etdirəcək.

Görüşlərin sonunda birgə protokol imzalamaq planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi