Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib.
2Bu, bizim konstitusiyamıza, bütün Avropa standartlarına ziddir və buna görə də bizim Avropa yolumuza maneədir. Veto hüquqi baxımdan düzgün olduğu üçün bu gün parlamentə təqdim olunacaq. Qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır, ona görə də veto çox sadədir. Bu qanun ləğv edilməlidir", - Zurabişvili bildirib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.