Ukrayna Prezidenti Volodimir Zelenski Serhiy Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.
“Şefir Serhiy Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, - fərmanda qeyd edilib.
Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.