Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya işgüzar səfərə gəlib, o, burada bir sıra görüşlər keçirəcək.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.
Onun sözlərinə görə, tezliklə Zelenskinin Polşanın baş naziri Donald Tusk, daha sonra isə Prezident Andjey Duda ilə görüşü başlayacaq.
Həmçinin Ukrayna icması ilə görüş və digər tədbirlər də gözlənilir.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, ölkəyə hərbi yardım, Rusiyaya qarşı sanksiyalar və digər məsələlər müzakirə olunacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Varşavaya yola düşür.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Polşanın Baş naziri Donald Tuskun dəftərxanasına istinadən məlumat yayıb.
Səfərin təfərrüatları açıqlanmır.
Qeyd olunur ki, iki ölkə arasında münasibətlər yaxşı səviyyədə deyil. Xüsusilə Zelenski Varşavanı köhnə MiQ-29 qırıcılarını Kiyevə verməməkdə günahlandırır.
Bundan başqa, Polşa Qərbi Ukraynaya hücum edən Rusiya raketlərini vurmaqdan imtina edir.