ABŞ-də terror aktından zərərçəkənlər Yeni Orlean rəhbərliyinə qarşı iddia qaldırıblar

ABŞ-də terror aktından zərərçəkənlər Yeni Orlean rəhbərliyinə qarşı iddia qaldırıblar Yeni Orleanda baş verən terror aktından zərərçəkənlər şəhər hakimiyyətinə və iki podratçıya qarşı iddia qaldırıblar.
Region
10 Yanvar , 2025 13:13
ABŞ-də terror aktından zərərçəkənlər Yeni Orlean rəhbərliyinə qarşı iddia qaldırıblar

Yeni Orleanda baş verən terror aktından zərərçəkənlər şəhər hakimiyyətinə və iki podratçıya qarşı iddia qaldırıblar.

“Report” xəbər verir ki, bu barədə “Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkənlər onları izdihamın üstünə avtomobil sürülərkən piyadaların təhlükəsizliyinin təmin etməməkdə günahlandırıblar.

"Zərərçəkənlərin yaxınları ötən gün Yeni Orlean administrasiyası və iki podratçıya qarşı iddia qaldırıblar. İddiada bildirilir ki, onlar insanları qoruya bilməyiblər", - agentlik vurğulayıb.

İddiaya görə, Yeni Orlean hakimiyyətinin ictimai təhlükəsizliyin artırılması ilə bağlı layihələrə 40 milyon dollar məbləğində sərmayə qoymasına və Burbon-stritdə avtomobillərin hərəkətinə mane olan xüsusi dirəklər almasına baxmayaraq, terror aktının baş verdiyi ərazidə təhlükəsizliklə bağlı problemlər qeydə alınıb.

Xatırladaq ki, yanvarın 1-də Yeni Orleanda avtomobillə insan izdihamına edilən hücumda 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İnsanlarla toqquşmadan sonra şübhəli şəxs ətrafa atəş açmağa başlayıb. Polis cavab atəşi açaraq cinayətkarı güllələyib.

Son xəbərlər

Orphus sistemi