“Vaqner” qrupunun 120 texnikadan ibarət 6-cı kolonu Belarusa daxil olub

Region
  • 18 iyul, 2023
  • 23:06
“Vaqner” qrupunun 120 texnikadan ibarət 6-cı kolonu Belarusa daxil olub

100-120 ədəd texnikadan ibarət “Vaqner” qrupunun altıncı kolonu artıq Belarusa gəlib.

“Report” xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, bu indiyədək Belarusa gələn 6-cı və hələlik sonuncu kolondur.

Monitorinq qrupu kolonun 5-10 km uzandığını və “şərti olaraq 2 böyük hissəyə bölündüyünü” vurğulayıb.

Qeyd olunub ki, muzdlular kolonu Belarus Respublikasının yol polisinin müşayiəti ilə hərəkət edib.

44 - Tezliklə