Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər

Region
  • 16 may, 2025
  • 17:32
Ukrayna və Rusiya 1000-in 1000-ə formulu üzrə əsir mübadiləsi apara bilər

Yaxın vaxtlarda Ukrayna və Rusiya arasında "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi həyata keçirilə bilər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umеrov bildirib.

"Biz tarixi bilirik, lakin onu hələ açıqlamayacağıq", - müdafiə naziri deyib.

Onun sözlərinə görə, əvvəlcə tərəflər əsir mübadiləsi həyata keçirməyi planlaşdırır, bundan sonra növbəti mərhələnin nə olacağı bilinəcək.