Ukraynada Rusiyanın 300-dən çox zabiti öldürülüb

Ukraynada Rusiyanın 300-dən çox zabiti öldürülüb Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox rus zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadaları
Region
25 Aprel , 2022 21:55
Ukraynada Rusiyanın 300-dən çox zabiti öldürülüb

Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadalarının, paraşütçülərin bir hissəsi olan azı 500 əsgər zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə könüllülər qrupu ilə birlikdə Ukrayna ərazisində Rusiya hərbçilərinin məhv edilməsi ilə bağlı 1 700-dən çox nəşri tədqiq edən "Mediazona" internet nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusilə, 2014-cü ildə Ukraynanın şərqində döyüşən Kostroma və Pskov desantları böyük itki verib.

“... Döyüş meydanında vəzifələrinə ümumiyyətlə xarici ərazilərdə müharibə aparmaq daxil olmayanlar da var idi: Milli Qvardiyanın 70-dən çox döyüşçüsü öldürüldü...”, - nəşrin materialında deyilir.

Jurnalistlər Ukraynada 7 helikopter pilotunun və azı 20 pilotun da zərərsizləşdirildiyini öyrəniblər.

Son xəbərlər

Orphus sistemi